8 C
Baku
Thursday, December 12, 2024

“NBC Bank”ın faiz gəlirləri azaldı, yığılmış zərəri artaraq 12 mln. manat oldu

Azərbaycanın kommersiya bankı olan “NBC Bank” 2017-ci ildəki faiz gəlirləri azalıb.

Banker.az xəbər verir ki, bu barədə bankın 2017-ci ilin illik hesabatında deyilir.

Məlumata görə, 2016-cı illə müqayisədə 2017-ci ildə faiz gəlirləri 2,3 milyon az olaraq 13,9 mln. manat təşkil edib.

Bankın cəmi kapitalı artaraq 56,84 mln təşkil etsədə zərərdən yaxa qutara bilməyib. Belə ki, hazırda bankın balansında ötən illədən yığılmış 12,4 mln. manatlıq zərər qalmaqdadır. Qeyd edək ki, bu zərər 2016-cı ilin illin hesabatında da mənfi olmaqla 10,6 mln. manat təşkil edirdi.

154,4 milyon manat kredit portfelinə malik olan “NBC Bank”ın problemli kreditlərinin həcmi 12 mln. manatıdır.

Hazırda bankın cəmi aktivlərinin həcmi 204,1 mln. manat təşkil edir ki, bu da 2016-ci illə müqayisədə artım deməkdir.

Bankın cəmi öhdəlikləri ötən illə müqayisədə 41,3 mln. manata yaxın artaraq 147,3 mln. manat təşkil edib.

Qeyd edək ki, “NBC Bank” 2016-cı ildə 2 mln. manata yaxın zərər etsə də ötən ili 3 mln. manat mənfəətlə bitirib.

Son xəbərlər
Digər xəbərlər