12 C
Baku
Friday, March 29, 2024

“NBC Bank”ın maliyyə durumu məlum oldu

“NBC Bank”  2019-cu ilin yanvar-sentyabr aylarını 112 min manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

“NBC Bank”ın cəmi gəlirləri 17,018 milyon manat , cəmi xərcləri isə  17,924 milyon manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar  1,017 milyon manat təşkil edib.

2019-cu ilin ilk 9 ayında Bankın cəmi aktivləri 304 milyon 814 min manat olub. Aktivlərinin 222 milyon 203 min manatı müştərilərə verilmiş kreditlərdir. 2018-ci ilin sonunda “NBC Bank”ın cəmi aktivləri 283 milyon   376 min manat olub. Belə ki, ötən ilin sonu ilə müqayisədə bu il bankın cəmi aktivləri 8% artıb.

“NBC Bank”ın cəmi öhdəlikləri cari ilin yanvar-sentyabr aylarında 246 milyon 505 min manat təşkil edib. 2019-cu ilin 9 ayında bankın depozit portfeli 16% artaraq 123 milyon 264 min manat olub.

 

Son xəbərlər
Digər xəbərlər