Noyabrın 30-da, saat 11:00-da “NBC Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Banker.az bildirir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Bankın baş ofisində olacaq. Yığıncağın gündəliyinə “NBC Bank”ın İdarə Heyətinin tərkibində dəyişiklik edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “NBC Bank” 1992-ci ildə “Ruzu” səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 mln. manatdır. Bankın səhmlərinin 65,91%-i onun daxil olduğu “Nurgün Group” MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i “Caspian Insurance Co.” MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, yenə də 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.
Qeyd edək ki, ilk olaraq bu haqda “Report” Agentliyi məlumat dərc edib.