“NBC Bank”ın səhmləri standart bazar seqmentində listinqə daxil edilib

NBC Bank-ın filialından biri/ FOTO: Sabir Mirzə, Banker.az

“NBC Bank” ASC standart bazar seqmentində listinqə daxil edilib.

Banker.az xəbər verir ki, “NBC Bank” ASC-nin səhmləri 19 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasının standart bazar seqmentində listinqə daxil edilib.

Xatırladaq ki, “NBC Bank” 1992-ci ildə “Ruzu” səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 milyon manatdır. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları