27 C
Baku
Saturday, July 27, 2024

NBC Donald Trumpın vergi bəyannaməsini nəşr etdi

Banker.az saytının verdiyi məlumata görə, NBC jurnalisti Reyçel Meddou ABŞ prezidenti Donald Trumpın 2005-ci il üzrə vergi bəyannaməsini nəşr edib.

Sənədə əsasən, Trump 150 milyon dollar gəlirlə 38 milyon dollar vergi ödəyib. Bununla belə, o bunu 103,2 milyon dolları çıxmaqla, amortizasiya hesaba alınmaqla edib.

Ağ ev bəyannamənin saxta olduğunu təsdiq edib və bildirib ki, bu məlumatın açıqlanması qanunsuzdur və prezident ödəməli olduğundan artıq məbləğ ödəməyib.

Donald Trump seçki qabağı kampaniyasında öz vergi bəyannaməsini nəşr etməkdən imtina etmişdi. ABŞ prezidenti ikinci debat ərzində təsdiq etmişdi ki, vergi ödəməmək üçün zərərlərin gizlədilməsindən istifadə edib.

Son xəbərlər
Digər xəbərlər