“NBC Lizinq” MMC-nin direktoru Elnur Əhmədov vəzifəsini tərk edib.
Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, onu Orxan Mirzəyev əvəz edib. Yeni direktor bundan əvvəl “NBC Bank”da çalışıb.
“NBC Lizinq” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 49 950 manatdır. Şirkətin səhmdarları “NBC Bank” (40%) və “Nurgun Group” MMC-dir (60%)
©Report