NBC: Trampa İranla münaqişəni başa çatdırmaq üçün variantlar təqdim edilib

ABŞ hərbi rəsmiləri prezident Donald Trampa İranla hərbi münaqişənin başa çatdırılması üzrə ssenarilər təqdim ediblər. Bu barədə mənbələrə istinadən “NBC News” telekanalı  məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, münaqişənin bitmə müddəti “hər gün dəyişə bilər”. Məsləhətçilərin bir qismi qlobal iqtisadi qeyri-sabitlikdən narahatdır, digərləri isə İran rejiminin regiondakı təsirini zəiflətmək üçün imkan görür.

Ağ Evin mətbuat katibi Karolin Levitt xatırladıb ki, ABŞ hakimiyyəti ilkin olaraq əməliyyatın müddətini 4–6 həftə qiymətləndirib. “Bu qrafik qüvvədə qalır. Əməliyyat baş komandan məqsədlərin əldə olunduğunu müəyyən etdiyi zaman başa çatacaq”, — deyə o bildirib.

Ötən həftə Tramp “Axios”a verdiyi müsahibədə döyüş əməliyyatlarının “tezliklə başa çatacağını” demişdi. Pentaqonun rəhbəri Pit Heqset isə hərbi münaqişəni “yalnız başlanğıc” adlandırmışdı. Prezident özü isə Fox News-a müsahibəsində bildirib ki, münaqişənin nə vaxt bitəcəyini “bütün varlığı ilə” anlayacaq.

Son xəbərlər
Digər xəbərlər