8 C
Baku
Thursday, March 28, 2024

“NBCBank”da Kompensasiyaların verilməsi artıq bitmək üzrədir

Maliyyə Bazarlarına Nəzarət Palatasının ictimaiyyəti maarifləndirmə məqsədi ilə gördüyü bütün tədbirlərdə aktiv iştirak edən NBCBank, problemli krediti olan müştərilərə aidiyyəti üzrə kompensasiyasının ödənilməsinə artıq bitmək üzrədir. 500 manata qədər olan kompensasiyaların 90%-i və 500 manatdan yuxarı olan kompensasiyaların 75%-i artıq icra olunub. Kompensasiya ilə paralel olaraq resturkturizasiya işləri də görülür.

Bununla əlaqədar problemli krediti olan vətəndaşlar həm ödəniləcək kompensasiyanı almaq üçün, həm də restrukturizasiya ilə əlaqədar bankımıza üz tutmaqda davam edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində “Azərbaycan Respiblikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanıb. Bu Fərmanın icrası ilə əlaqədar NBCBankda problemli krediti olan hər kəs artıq sərbəst şəkildə heç bir vaxt itkisi gözləmədən Bankımıza yaxınlaşa bilərlər. Fərmanla əlaqəli icrası olunan bütün problemli krediti olan şəxslər Ölkə Başçısına öz təşəkkürlərini bildirirlər.

Ölkənin ilk müstəqil banklarından olan “NBCBank” ASC Bas Ofisdə olan Müştəri Xidmətləri şöbəsindən, 11 filial və 1 şöbədən ibarət xidmət şəbəkəsi ilə 26 ildir ki müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün NBCBankın rəsmi facebook, instagram səhifələrindən və yaxud whatsapp üzərindən +994709320932 məlumat əldə edə bilərlər. Bundan əlavə  www.nbcbank.az saytına daxil olmaq və ya 932 Məlumat Mərkəzinə zəng etmək kifayətdir.

767

766

Son xəbərlər
Digər xəbərlər