NBCBankdan #evdəqal kampaniyasına növbəti dəstək!®

Ölkədə və dünyada yaşanan pandemiya və karantinin yaratdığı çətinlikləri nəzərə alaraq NBCBank növbəti dəfə #evdəqal kampaniyasına dəstək oldu!  

Beləki, NBCBank mart, aprel, may və iyun aylarında vaxtı bitən ödəniş kartlarının istifadə müddətini 31.07.2020-ci il tarixinədək uzatdı.

Qeyd olunan aylarında başa çatacaq kartların sahiblərinə kartlarının müddətini uzatmaq üçün Banka gəlməyə ehtiyac yoxdur. Ödəniş kartlarının müddəti Bank tərəfindən avtomatik və pulsuz uzadılır. Bu müddət ərzində həmin kartlarla bütün ölkədaxili əməliyyatları həyata keçirmək mümkün olacaq.

NBCBank karantin vaxtı bütün müştərilərini #evdəqal aksiyasına qoşulmağa çağırır və eyni zamanda NBCBankın bütün müştəriləri evdən çıxmadan www.nbcbank.az saytına daxil olmaqla rahat onlayn şəkildə internet-bankinq üzrə bütün əməliyyatlarını, komunal və kredit ödənişlərini edə bilərlər.

Daha ətraflı məlumat əldə etmək üçün whatsapp nömrəmiz +994709320932.