11 C
Baku
Thursday, November 14, 2024

“NBCBank”ın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb

“NBCBank” ASC Mərkəzi Banka müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib.

Mərkəzi Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib. Bu vəsaitlər hesabına əhali və kreditorlar qarşısında vaxtı ötmüş ödhəliklərin icrasına başlanılıb.

Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə, “NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması ilə bağlı qərar (25 yanvar 2016-cı il tarixli, 06/3 nömrəli) ləğv edilib.

Konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək.

Son xəbərlər
Digər xəbərlər