36 C
Baku
Tuesday, August 16, 2022

“NBCBank”ın nizamnamə kapitalı artırılacaq – Səhmdarları toplaşır

“NBCBank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının məlumatı 26.12.2019-cu il tarixdə, saat 11:00-da “NBCBank” ASC-nin Bakı şəhəri Müzəffər Nərimanov, məhəllə 20/54 ünvanında yerləşən Mərkəzi ofisində “NBCBank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə “NBCBank” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması və digər məsələlər daxildir.

Bildirək ki, “NBC Bank” 1992-ci ildə “Ruzu” səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 milyon manatdır.

 

Son xəbərlər
Oxşar xəbərlər