25 C
Baku
Monday, June 23, 2025

Nebenzya: Vaşinqtonu nə radiasiya riski, nə də mülki şəxslərin həyatı maraqlandırır

ABŞ-ın atdığı addımlarla “Pandoranın qutusunu” açıb və bunun hansı nəticələrə gətirib çıxaracağı hələ dəqiq bilinmir.

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, AEBA-nın baş direktoru Rafael Qrossi ABŞ-ın hücumlarının yalnız İrana deyil, bütün regiona təhlükə yarada biləcəyi barədə xəbərdarlıq etmişdi:

“Lakin Vaşinqtonu nə radiasiya riski, nə də çoxsaylı mülki şəxslərin həyatı və sağlamlığı maraqlandırır”.

Rusiyalı diplomat bildirib ki, ABŞ dünyada öz hegemonluğunu qorumaq naminə beynəlxalq hüququn istənilən normalarını pozmağa hazırdır.

“Rusiya ABŞ-ın bu məsuliyyətsiz, təhlükəli və təhrikedici hərəkətlərini qətiyyətlə pisləyir,” – deyə diplomat əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər