“Nebius” Finlandiyada $10 milyardlıq məlumat mərkəzi inşa edəcək

“Nebius” Finlandiyada 10 milyard dollarlıq məlumat mərkəzi inşa edəcək. Şirkətin məlumatına görə, Lappeenranta şəhərində tikiləcək məlumat mərkəzi “Nebius”un 10-cu obyekti və Mantsala şəhərində yerləşən 75 MVt gücündəki mərkəzdən sonra Finlandiyada ikinci olacaq. O, süni intellekt modellərinin öyrədilməsi və Sİ xidmətlərinin işləməsi üçün istifadə ediləcək və konkret bir müştəriyə bağlı olmayacaq.

Layihənin dəyəri təxminən 10 milyard dollar qiymətləndirilir. Tikinti ilə məşğul olacaq podratçı “Polarnode” şirkətinin baş direktoru Mikko Toyvanenin sözlərinə görə, layihə Avropanın “Sİ suverenliyini” gücləndirməyə kömək edəcək.

“Reuters” yazır ki, “Nebius” ümumilikdə hesablama güclərinin təqdim edilməsi üzrə 40 milyard dollardan çox dəyərində müqavilələr bağlayıb. Şirkətin müştəriləri arasında “Meta” və “Microsoft” da var.

2026-cı ilin mart ayında “Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi yolu ilə 4 milyard dollar cəlb edib. Şirkət bildirib ki, bu vəsait data mərkəzlərinin genişləndirilməsinə və tikintisinə, neyroşəbəkələr üçün tam bulud infrastrukturunun inkişafına, həmçinin komponentlər və Sİ çiplərinin alınmasına yönəldiləcək.

“Nebius Group” — “Yandex”in Rusiya biznesinin satışı üzrə razılaşmadan sonra yenidən adlandırılmış “Yandex N.V.”dir. Şirkət süni intellekt üçün infrastrukturun yaradılması ilə məşğuldur. Onun rəhbəri “Yandex”in həmtəsisçisi Arkadi Volojdur.

Son xəbərlər
Digər xəbərlər