23 C
Baku
Wednesday, September 10, 2025

“Nebius” səhmləri “Microsoft”la müqavilədən sonra ABŞ-də 71% bahalaşıb

Hollandiyalı iş adamı Arkadiy Volojun “Nebius Group” (NBIS) şirkətinin səhmləri bazar ertəsi axşam ticarətində 70.92% artaraq 109.49 dollar olub. Bunu NASDAQ birjasının məlumatları göstərir.

Müqavilə “Nebius”un süni intellekt sahəsində bulud biznesinin 2026-cı ildə sürətli inkişafına imkan verəcək. Şirkət bu layihə ilə bağlı xərcləri həm müqavilədən əldə olunan vəsait, həm də müqavilə ilə təmin edilən borc öhdəlikləri hesabına maliyyələşdirməyi planlaşdırır.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verilən açıqlamaya görə, xidmətlərin tətbiqi bir neçə mərhələdə həyata keçiriləcək, müqavilələrin ümumi dəyəri isə 2031-ci ilə qədər 17.4 mlrd dollar olacaq. Bundan əlavə, “Microsoft” əlavə olaraq 2 milyard dollar həcmində xidmət almaq hüququnu saxlayır.

“Nebius” səhmləri bu il iki dəfədən çox bahalaşıb. 8 sentyabr bazar ertəsi əsas ticarət sessiyasının sonunda şirkətin bazar dəyəri təxminən 15.3 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər