13 C
Baku
Tuesday, May 7, 2024

Necə daha çox oxumaq olar: kitabsevərlər üçün təlimatlar

Yaxınlarda mən özüm üçün belə bir faktı müəyyən etdim –mütaliə etməyə vaxt tapa bilmirəm. Daha doğrusu mən təbii ki, gün ərzində çox oxuyuram, lakin onların əksəriyyəti işə aid olan məqalələrdir və insanın mənəvi tələbatlarını ödəmir. Mənim kimi bəzi insanlar isə ancaq işə aid olan kitabları oxuyur. Halbuki mən əvvəllər fantastikadan tutmuş klassikaya qədər hər mövzuda kitablar oxuyardım. Bu heç də tələsik deyil, dərindən mütaliə idi.

1.Kitabı məcbur olduğunuz üçün deyil, zövq almaq üçün oxuyun. Bəzən işə lazım olduğu üçün oxumaq məcburiyyətində qalırıq-bu hesaba alınmır. Ola bilər ki, təkcə siz bu kitabı maraqlı hesab edəsiniz. Lakin bu çox nadir hallarda baş verir. Bu, eynilə dəbdə olan kitablara da aiddir (iş və ya əyləncə xarakterli olması fərq etmir). Yəni sizin bütün yaxınlarınız kitabı oxuyublar və müsbət rəy bildiriblər və siz həmin kitabı oxumağa başlayırsınız, lakin özünüzü nə qədər də vadar etsəniz, oxumağa davam edə bilmirsiniz. Bu heç də xoşagələn hal deyil.

Mənim bəxtim gətirib – Xaruki Murakaminin “” kitabını oxuyuram. Bu kitab mənə işim üçün lazımdır, bununla yanaşı o çox xoşuma gəlir (bəli, Murakaminin üslubu və onun qarışıq fəlsəfi kitabları xoşuma gəlir).

2.Kitab oxumaq üçün vaxt saxlayın. Bu günlərdə çox az adam kitab oxumaq üçün vaxt tapa bilir. Daha doğrusu biz öz fəaliyyət dairəmizə aid olan hədsiz dərəcədə çox məqalə və ədəbiyyat oxuyuruq, lakin işlə son dərəcədə yüksək yüklənmə, daimi çoxməqsədlilik, internet vəasılılıq nəticəsində bədii kitab oxumaq üçün boş vaxtımız qalmır. Sonu görünməyən növbəti serialın bir seriyasından imtina edin. Bu günlərdə çoxlu kitab oxumaq üçün çoxlu elektron vasitələr var və siz nəqliyyatda olarkən də oxuya bilərsiniz (əgər siz pik saatlarda oturmağa yer tapa bilmisinizsə). Nəticə etibarilə, ayaqyolunda oxumağı heç kim qadağan etməyib, hər halda bu, Twitter və digər sosial şəbəkələrdə oturmaqdan yaxşıdır.

3.Oxuyanda çalışın ki, fikirləriniz başqa şeylərə yayınmasın. Buna görə planşetlərdən fərqli olaraq, elektron kitablar yaxşıdır (Kindle), belə ki onlarda diqqət yayındırıcı amillər yoxdur! Öz təcrübəm əsasında deyə bilərəm ki, planşetdən kitab oxuyarkən, istər-istəməz əlim elektron poçt, Twitter və FB-dakı mesajları yoxlamağa gedir. Elektron kitablar isə sizi belə başdan çıxarıcı şeylərdən azad edir, köhnə kitablardan danışmağa isə ehtiyac yoxdur. Yerdə qalır sakit və rahat yer tapıb, oxumaq, oxumaq və yenə də oxumaq.

4.Mütaliəni ürəkdən edin. Mütaliə bir magiyadır. Əsl zövq alaraq oxumaqla siz özünüz üçün nə isə yeni bir şey kəşf edirsiniz. Bəzən bir kitabı periodik olaraq, bir neçə dəfə oxusanız da belə, hər dəfə yeni nə isə tapırsınız. Mütaliə sizi dəyişdirir, gözlənilməz addımlar atmağa ruhlandırır və yeni ideyalar üçü yeni imkanlar açır.

5.Mütaliəni sosial şəkildə edin. Sizin kimi mütaliə etməyi sevən dostlar tapın. Öz kitab klubunuzu yaradın, bu real olmaya da bilər, hazırda sosial şəbəkələrdə kitabsevərlər üçün virtual olaraq geniş imkanlar mövcuddur. Mütaliə təkcə fərdi idman növü deyil, o həm də komanda şəklində də ola bilər.

6.Mütaliəni özünüzün ən yaxşı vərdişinə çevirin. Müsbət vərdişlərin yaradılması barəsində az məqalə yazılmayıb (kitablar barəsində isə ümumiyyətlə danışmağa ehtiyac yoxdur). Mütaliə çox yaxşı vərdişdir, və onu gündə ən azı 10 dəqiqə sərf etməklə inkişaf etdirmək olar. Sizi ruhlandıran və motivasiya edən bir şey tapın və əsas xəttə sadiq qalın. 10 vaxt tapa bilirsinizsə 20 dəqiqə və daha çox da tapa bilərsiniz.

7.Kitabı elə oxumayın ki, sanki bu sizin ev işinizdir. Mütaliə sizin vacib işləri siyahısınızın bir punktu olmamalıdır. Siz bir “quş” qoymaq üçün oxumayın, siz həyatınızı daha maraqlı və dolğun etmək üçün oxumalısınız!

8.Kitab cansıxıcıdırsa, onu oxumağı dayandırın. Siz faydalı və yaxşı olduğu üçün deyil, bundan böyük bir həzz aldığınız üçün kitab oxumalısınız. Mütaliə vitamin qəbulu deyil ki, acı amma xeyirli olsun! Mütaliə zövq almaq və əyləncə xarakteri daşımalıdır. Kitab oxuyarkən heç bir hiss keçirmirsinizsə, onu yerəvə nə isə daha maraqlı bir şey oxumağa başlayın. Ola bilər ki, sizin üçün hələ bu kitabın vaxtı çatmayıb, daha sonra sınamağa dəyər.

9.Özünüz üçün maraqlı kitablar kəşf edin. Kitab sevər dostlarınız ilə kitab və fikir mübadiləsi aparın, resenziya və qısa icmalları oxuyun, nadir hallarda olsa da oflayn kitab mağazalarına daxil olun, kitabxanalara baş çəkin. Hərdən bu tip yerlərdə elektron variantda tapa bilməyəcəyiniz bir çox maraqlı kitab tapmaq mümkündür. Bu geridə qalmışlıq kimi də görünə bilər, amma mən kağız kitabları çox sevirəm

10.Mütaliənin sürətinə görə narahat olmayın. Mütaliə bir yarı deyil ki, kitabı tez oxuyub qurtaran nəyəsə nail olsun. Ən əsası sizin onu oxuyarkən aldığın emosiyadır, heç bunu yaddan çıxarmayın! Siz daha çox musiqiyə qulaq asmaq üçün melodiyanı ortadan kəsib digərinə keçmirsiniz və ya sevdiyiniz yeməyi bir oturuma yemirsiniz ki? siz həm ondan. Həm də bundan zövq alırsınız. Bu eynilə mütaliə üçün də keçərlidir: hər bir abzasın mahiyyətini başa düşərək yavaş-yavaş və zövqlə oxuyun!

Son xəbərlər
 ⁠
Digər xəbərlər