8 C
Baku
Friday, January 10, 2025

Necə edəsən ki, əməkhaqqını bir dəfəyə xərcləməyəsən?

Qənaət etməyə kömək edən bir neçə faydalı məsləhət

Əksər vaxtlarda biz, hətta çox cüzi miqdarda əməkhaqqı alan insanların da, az-az pulu kənar qoyub, müəyyən qədər məbləğ yığdığının şahidi oluruq. Sonra isə onlar rahatlıqla, heç bir borca və kreditə girmək ehtiyacı olmadan sanballı bir şey ala bilirlər. Biz isə özümüzə, xırda-xırda xoş, “ürəyimizə yatan şeyləri” alır, daha sonra isə növbəti əməkhaqqıya qədər maliyyə pəhrizində oturmalı oluruq. Bəs necə etmək olar ki, maaşı dərhal xərcləməyəsən, bir az qalsın ki, onu kənara qoyub artırmaq mümkün olsun?

Hər şeydən öncə çax faydalı bir qaydanı yadda saxlamaq lazımdır – sizə lazım olmayan şeyi götürməyin. Dükana getməzdən öncə evdəki azuqəyə diqqət yetirin, nə qurtarmaq üzrədirsə və ya artıq qurtarıbsa yalnız onu alın və ya sizin planınızda hansı yeməklər varsa, ona uyğun məhsullar seçin. Hətta dükanda müxtəlif aksiyalar keçirilsə belə buna aldanmayın. Evdəki mallar nə vaxt qurtararsa onda da dükana gedib onu alarsınız. Bu təkcə yemək məhsullarına və qidalanmaya aid deyil, istənilən kateqoriya məhsullar ilə bağlı bu fikir doğrudur. Hətta böyük alış verişlər zamanı, məsələn avtomobil üçün yeni akkumulyator alarkən, təzə şinlərə və ya avtomobil üçün digər aksesuarlara nəzər salmayın. Axı akkumulyator özü heç də ucuz deyil, siz başqa bir şeydə alsanız əlavə xərcləriniz lap çox olacaq.

Daha bir məsləhət, dükanda alış-veriş edərkən –məhsulları daşımaq üçün araba götürməyin, daha yaxşı olar ki, səbəti əlinizdə daşıyasınız. Belə olduqda siz ağırlığı hiss edəcəksiniz və onda bəzi məhsulları elə super-marketin vitrinlərdə saxlamaq lazım olduğuna qərar verəcəksiniz.

Əgər belə imkanınız varsa -əla, əgər yoxsa, onda internet sizin köməyinizə çatacaq: daima tələb olunan məhsulları (məsələn məişətdə istifadə olunan kimyəvi məhsulları) balaca topdan satış şəklində alın. Belədə siz həm qənaət edəcəksiniz, həm də tələb olunan məhsullarda həmişə əlinizin altında olacaq.

Öz arzunuzu müəyyən etməyə çalışın. Qoy, bu real bir şey olsun. Onun həyat keçməsi üçün müəyyən bir fond yaradın. Özünün-özünüzlə razılığa gəlin ki, əməkhaqqınızın  20%-ni heç bir güzəşt olmadan bu fonda köçürəcəksiniz.
Bundan başqa, indi xüsusi proqramlar meydana çıxıb – onlar sizin üçün maliyyə köməkçisi qismində çıxış edə bilər. Siz hər gün öz xərclərinizi daxil edirsiniz, onlar isə sizə nə qədər pulu hədər yerə sərf etdiyinizi hesablayaraq deyir.

Son xəbərlər
Digər xəbərlər