10 C
Baku
Friday, December 13, 2024

Necə qənaət etmək olar?

Bir çox insan qənaət etməyi öyrənmək istəyir, lakin bu hər kəsdə alınmır. Əsas qayda – qazandığın məbləğdən az xərcləməkdir. Bir çoxlarında qənaət özünü çətinlik və məhrumiyyətlərlə biruzə verir, lakin bu belə olmalı deyil. Xərcləri diqqətlə təhlil edib, pulların nəyə sərf edildiyini aydınlaşdırmaqla nə qədər lazımsız alış-veriş etdiyinizin fərqinə varacaqsınız.  Aşağıdakı növbəti məsləhətlər sizə pulları ağılla xərcləməkdə və çoxdankı arzularınızı reallaşdırmaqda kömək edəcək. Qənaət etmək ilk baxışdan göründüyündən də asandır!

Statistikaya əsasən, biz geyim və mebele deyil, məhz məhsullara çox pul sərf edirik! Bununla yanaşı, çox vaxt biz heç də bizə lazım olmayan məhsulları alırıq. Qida məhsulları alarkən nəyə görə və necə qənaət etmək mümkündür? Çox sadə.

Qənaət etməyin effektiv üsulları hansılardır:

  • Mağaza və yaxud bazara getməmişdən öncə lazım olan məhsulların siyahısını tərtib edin və mümkün qədər bu siyahıya əməl etməyə çalışın. Bu yersiz, lazımsız məhsulları almaqdan sizi çəkindirəcək.
  • Dəqiqliklə hazırlanmış menyu böyük məbləğdə pul qənaət etməyə kömək edəcək. Növbəti günlər ərzində nə yeyəcəyinizi və bu yemək üçün hansı ərzaqların lazım olacağını müəyyən edin. Beləliklə soyuducunuzda daim təzə və dadlı yemək olacaq və bu sizi “bu məhsullar xarab olmadan onlardan nə hazırlayım?” kimi suallardan xilas edəcək.
  • Sağlam qidaya müraciət etmək. Bu zaman tərəvəzlər, şorbalar, yumurtalar və sıyıqlardan daha çox istifadə edə bilərsiniz. Bütün bunlar ailə büdcəsi ilə yanaşı, sağlamlığınızı da qoruyacaq.
  • Qısa qəlyənaltılardan imtina edib gün ərzində 5 dəfə nahar etmək ən yaxşısıdır. Çipslər, suxarilər və peçenyelər yalnız sağlamlığa və büdcəyə ziyan vurur. Onlardan istifadə onsuz da aclığın öhdəsindən gəlmir.
  • Yayda tənbəllik etməyin və özünüzə mürəbbə və müxtəlif turşular hazırlayın. Bunlar ucuz başa gəlməklə yanaşı, həm dadlı, həm də faydalıdır. Soyuducu barədə unutmayın və onların saxlanma qaydasına riayət edin. Bununla onların faydalılıq və dad keyfiyyətlərini qoruyub saxlaya bilərsiniz.
Son xəbərlər
Digər xəbərlər