21 C
Baku
Monday, April 29, 2024

Necə xarizmalı insan olmaq olar?

Xarizmalı insan öz arxasınca insanları aparmağı bacarır, o anadangəlmə lider və tanrıların sevimlisidir. Onu dinləyir, dediklərinə riayət edir və ona pərəstiş edirlər. Bu insanların daxilində sanki insanları özünə cəlb edən sirli bir maqnit var. Xarizmasız insan yoxdur, sadəcə bundan bixəbər olanlar var.

Allah vergisi

Qədim yunan dilindən tərcümədə mənası Allah vergisi, istedad deməkdir. Özünüzü istedadsız hesab etmək həyatda ikən öz üzərinizdən xətt çəkmək və öz inkişafınızı kölgə altına salmaq deməkdir. Hər kəs xarizmaya sahibdir. Elə bir insan yoxdur ki, Allah vergisindən məhrum olsun. Bizim hər birimiz ruhdan yaranmışıq, deməli, biz də hansı bir istedad

Belə hesab olunur ki, xarizmalı insan mütləq ya siyasətçi ya da estrada ulduzu olmalıdır. Yəni, məhz milyonluq auditoriya unikallığın göstəricisi kimi çıxış edir. Lakin biz xarizma anlayışının ilkin mənasından biraz uzaqlaşmışıq.

Xarizmalı insanlar daxilən çox güclü olurlar, onlarda insanları özünə cəlb edən elə bir maqnit qüvvəsi olur ki, bəzən o insanı ömürlük öz təsiri altında saxlaya bilir. Bunda qismən xarizmalı insanın özü, qismən isə ona pərəstiş edənlər günahkardırlar.

Cəzbetmə qüvvəsi

Elə bir böyük maqnit təsəvvür edin ki, onun ətrafına kiçik maqnitlər yığılıb. Biz müəyyən mənada böyük maqnit ətrafında toplaşan kiçik maqnitlərə bənzəyirik.

Ideal halda biz çox asanlıqla bu gün bir, sabah isə digər enerji mənbəyinə bağlana bilərik. Eyni şəkildə biz öz enerji mənbəyimizi yarada bilərik.

Bu mənbələrin mahiyyəti enerji mübadiləsindən ibarətdir. Siz dostunuza kitab vermisiniz, o isə əvəzində sizə xoşunuza gələcək əşya hədiyyə edib. Siz maşın almaq istədiniz, əvəzində isə pul verdiniz. Siz roman yazdınız, əvəzində insanlar sizə minnətdar oldular. Enerjilər müxtəlif olur, ən kobud və maddi xarakter daşıyanlardan tutmuş ən zərif və mənəvilərinə qədər. Ümumi mübadilə ümumi tərəqqini əmələ gətirir. Izolyasiya və ya enerji mübadiləsində iştirak etməmək istəyi tənhalıq və pulsuzluğa gətirib çıxarır.

Xarizma mübadiləsi

Problem ondadır ki, bəzi insanlar lazım olandan artıq enerjiyə sahib olmaq istəyirlər, bəziləri isə öz güclərini (xarizmalarını) könüllü olaraq verirlər. Buna parlaq nümunə kimi məşhur müğənnilərin pərəstişkarlarını göstərmək olar. Fanatın bütün fikri kumirinin üzərində cəmlənmişdir, hərfi mənada o özünü bütünlükdə başqasının inkişafına həsr edir, heç özünü belə bir xarizmaya sahib ola biləcək insan kimi hesab etmir.

Kimisə sevmək, hörmət etmək, ona minnətdar olmaq, enerjinin bir hissəsini vermək – təbii haldır və hətta zəruridir. Lakin özünü bütünlüklə həsr etmək, öz cəlbediciliyini itirmək və şəxsiyyət kimi mövcud olmaqdan imtina etmək deməkdir.

Daxili maqnit qüvvəsi insanın özünə hörmət etdiyi zaman yaranır. Bunu necə yoxlamaq olar?

Siz işinizi sevirsiniz? Kifayət qədər pul qazanırsınız? Ailənizdə xoşbəxtsinizmi? İnkişaf edirsinizmi? Əgər cavabınız “hə”dirsə, onda siz özünüzə hörmət edirsiniz, enerjinizin bir hissəsini asanlıqla başqalarına verə bilər və əvəzində ala bilərsiniz. Lakin əgər siz nədənsə asılısınızsa, kimsə və ya nəsə sizi zorla idarə edirsə, onda siz kiçik, gücsüz maqnit kimi böyük və güclü maqnitə ilişmisiz.

Öz xarizmanızdan çəkinməyin, o yəhərləməyi və səyahətə çıxmağı gözləyən vəhşi ata bənzəyir, əgər siz bunu etsəniz, onda sizin enerjiniz insanları özünə cəlb etməyə başlayacaq. Lakin yadda saxlamaq lazımdır ki, istənilən enerji mübadiləsi könüllü prosesdir, ona görə də nə özünüz üçün kumir yaradın, nə də kumirə çevrilin.

Son xəbərlər
 ⁠
Digər xəbərlər