-1 C
Baku
Sunday, December 15, 2024

Necə xoşbəxt olmaq olar?

1. Hər gün özünüzə tətil təşkil edin, heç olmasa gün ərzində 1 saat. Bundan əlavə həftənin 1 gününü bütünlüklə “bekarçılıqla” başa vurun.

2. Öz xoş əhvalınızı yadınıza salın, harada olursanızsa olun, istər keçədə yaxud ofisin dəhlizində olsanız belə. Bununla da yaşadığınız hər anın dəyərini anlayın.

3. Gün ərzində nəticəsi tez bir zamanda bəlli olan hər hansı bir sadə iş görün. Yaxşı olardı ki, yaradıcı bir fəaliyyət seçəsiniz, məsələn, dırnaqlarınızı boyaya və yaxud yeni göz kölgələrini sınaqdan çıxara bilərsiniz.

4. Həftədə ən azı bir dəfə özünüzə ziyafət təşkil edin. Məhsulların təbii və təzə olması üçün ən yaxşısı bazardan alış-veriş etməkdir.

5. Özünüzə kiçik hədiyyələr bəxş edin. Bunu xoşagəlməz hadisələri unutmaq üçün deyil, gözəl keçirilmiş bir gün haqqında xoş təəssürat yaratmaq üçün edin.

6. Öz iPod-unuzda pozitiv mahnılardan ibarət playlist hazırlamaq.

7. Saatlarla sosial şəbəkələrdə vaxt keçirməkdənsə, kinoya gedin.

8. Sabah nələrin olacağı barədə az düşünmək və bu gün nə hiss etdiyinə daha çox diqqət yetirmək lazımdır.

9. Etdiyiniz səhvlərə görə özünüzü danlamayın. Hər kəsin səhv etmə hüququ var və bu səhvləri etmək o qədər də qorxulu deyil. Əsas olan öz həyat təcrübənizdən dərs almaq və yeni məqsədlər müəyyən etməkdir.

Son xəbərlər
Digər xəbərlər