16.2 C
Baku
Wednesday, May 14, 2025

Nefçtinin sponsordan gəlirləri kəskin düşüb – ötən il zərər edib

“Neftçi” Peşəkar Futbol Klubu 2024-cü il üzrə ümumi əməliyyat gəlirləri 28,25 milyon manat təşkil edib. Bu da 2023-cü ilin 20,04 milyon manatlıq göstəricisindən təxminən 8,2 milyon manat çoxdur.

Banker.az xəbər verir ki, Artım əsasən Futbolun İnkişafı Fondundan daxilolmalar (2,31 milyon manat) və sair gəlirlər (22,45 milyon manat) hesabına baş verib.

Lakin klubun ən böyük maliyyə dayaqlarından biri olan sponsor və reklam gəlirləri kəskin şəkildə azalıb – 2023-cü ildə 16,82 milyon manat olan bu göstərici, 2024-cü ildə cəmi 3,38 milyon manata düşüb. Bu, 13,4 milyon manatlıq azalma deməkdir.

Əməliyyat xərclərində də artım müşahidə olunub. Əməkhaqqı və mükafat xərcləri 2024-cü ildə 20,26 milyon manata çataraq, 2023-cü ildəki 15,97 milyon manatlıq göstəricini 4,3 milyon manat üstələyib. Ümumilikdə, 2024-cü ildə klubun əməliyyat xərcləri 28,2 milyon manat olub. Bu öncəki ildə 23,5 milyon manat olub.

Futbol klubu ötən il 120 min manatlıq xalis zərərlə başa çatıb. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 3,5 milyon manatlıq zərər idi.

Son xəbərlər
Digər xəbərlər