13 C
Baku
Thursday, April 18, 2024

Neftə tələbatın bərpa olunacağı vaxt açıqlandı

Dünya neft bazarında tələbatın həcmi koronavirus böhranından əvvəlki səviyyəyə ən tezi 2023-cü ildə qayıdacaq.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarının 2026-cı ilədək inkişafına dair hesabatında bildirilir.

Hesabata görə, koronavirus pandemiyası üzündən 2020-ci ildə neftə məcmu gündəlik tələbatın həcmi əvvəlki ilə nisbətən 9 milyon barel az olub. Bununla belə, siyasi tədbirlərin görülməməsi, davranışların dəyişməməsi nəticəsində uzunmüddətli amillərin təsirilə tələbatın artacağı qeyd olunur. Belə ki, 2026-cı ildə dünyada neftin gündəlik istehlakı 104,1 milyon barelə çata bilər ki, bu da 2019-cu ilin səviyyəsindən 4,4 milyon barel çoxdur. Pandemiyanın uzunmüddətli fəsadaları və az karbonlu enerji mənbələrinin tətbiqi nəticəsində neftə tələbatın pandemiyadan əvvəlki səviyyəyə bir daha qayıtmayacağı ehtimalı olduğu bildirilir. Tələbat artımının əsas payı Çin və Hindistana məxsus olacaq.

Hesabata görə, qarşıdakı 5 il ərzində ABŞ-da hasilat həcmi azaldıqca dünya neft hasilatının əsas payı OPEC-ə üzv ölkələrinə düşəcək. Belə ki, OPEC ölkələrində gündəlik hasilat 6 milyon barel artaraq 54 milyon barelə, qeyri-OPEC ölkələrində isə 4 milyon barel artaraq 50 milyon barelə çatacaq.

Son xəbərlər
Digər xəbərlər