18 C
Baku
Saturday, November 2, 2024

Neftin qiyməti 67 dolları da vurub keçir

SAAT: 12:45/ Neftin qiyməti bir qədər də bahalaşmaqla 67 dolları ötüb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 12:38 radələrində Brent markalı xam neftin bir barreli 1.83 dollar, yaxud 2.81% bahalaşmaqla 67.01 dollar olub.

WTI markalı xam neftin bir barreli 1.71 dollar, yaxud 2.75% bahalaşmaqla 63.85 dollar olub.

Hazırda neftin qiymətinə əsas təsiredici amillər – COVID-19 virusuna yoluxma və dolların indeksinin zəifləməsidir.

Çində iyul ayından bu tərəfə ilk dəfə sıfır yoluxma qeydə alınıb. ABŞ dollarının indeksi 9 ayın maksimumuna yüksələndən sonra yenidən düşməyə başlayıb.


SAAT 09:00 / Neftin qiyməti bahalaşmağa başladı.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin bir barreli oktyabr fyuçerslərində 66.34 dollar olub. Bu da sessiya ərzində 1.16 dollar, yaxud 1.78% bahalaşma deməkdir.

Nyu-York birasında WTI markalı xam neftin bir barreli sentyabr fyuçerslərində 1.08 dollar, yaxud 1.74% bahalaşmaqla 63.22 dollara yüksəlib.

Qeyd edək ki, neftin bahalaşmasına əsas stimul kimi dolların indeksinin gün ərzində 93.65 bənddən 93.33 bəndə düşməsidir.

Son xəbərlər
Digər xəbərlər