10 C
Baku
Bazar, Dekabr 5, 2021

Neft 2% qiymət itkisi ilə üzləşdi – Səbəb nədir?

BANKER.AZ| ABŞ və onunla eyni cəbhədə olan böyük neft istehlakçılarının strateji neft ehtiyatlarını bazara çıxarması və yeni COVID-19 virusu ilə bağlı investorları neft bazarı ilə bağlı qorxutmağa başlayıb. Brent neftinin qiyməti 2%-dən çox qiymət itkisi ilə üzləşib.

Brent xam neftinin fyuçerlərdə qiyməti ticarət sessiyası ərzində 1.87 dollar, yaxud 2.27% ucuzlaşaraq 80.35 dollar/barrel səviyyəsinə düşüb. Şükranlıq bayramına görə hazırda ABŞ birjaları çalışmır, lakin son ticarət sessiyasında ABŞ nefti West Texas Intermediate (WTI) gün ərzində 2.23 dollar, yaxud 2.84% ucuzlaşmaqla 76.10 dollar/barrel səviyyəsinə düşüb.

Neft qiymətlərinin enməsi güman edilir ki, treyderlərin hazırda əsas narahat edən yeni variant COVID-19 virusudur. Onlara görə, növbəti dövrlərdə hərəkətlənmənin məhdudlaşdırılmasına gətirib çıxarar ki, bu da neft qiyməti üçün ən böyük təzyiq riskidir.

ABŞ strateji neft ehtiyatlarını xərcləməklə qiymətin ucuzlaşdırılması üçün təzyiqlər yaradır. Supergüc həmçinin Hindistanı, Çini, Yaponiyanı, Cənubi Koreyanı da bu yolla getməyə çağırıb, habelə OPEC+ ölkələrindən hasilatı daha sürətlə artırmaq üçün müxtəlif təzyiqlər edir.

ABŞ hələ ki, buna müsbət görməyib, əksinə , OPEC+ formatı çərçivəsində gündəlik hasilatı ayda 400 min barel artırmaq barədə mövcud razılaşmanın belə yerinə yetirilməyəcəyinə dair söz-söhbətlər dolaşmağa başlayıb. Bildirilir ki, OPEC+ alyansında əsas söz sahiblərindən biri olan S.Ərəbistanı bunu istəyir. Bildirək ki, OPEC+ əslində 2022-ci ilin yay aylarına qədər neft hasilatının hər ay, gündəlik olaraq 400 min barrel artırılmasını planlamışdı.

Son xəbərlər
Oxşar xəbərlər
X