26 C
Baku
Saturday, July 27, 2024

Neft 32 dollara düşdü – Bazar ertəsi rekord həcmdə ucuzlaşdı

Bazar ertəsi dünya birjalarında neftin dəyəri ucuzlaşmaqla 2016-cı ilin yanvar ayının sonlarından bu tərəfə qeydə alınan ən aşağı həddə düşüb – həmin dövrdə 28.94- 32.30 USD/bbl aralığında dəyişmişdi.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09:12-də Nyu-Yorkun NYMEX birjasında keçirilən ticarət sesiyasında Qərbi Texas neftinin dəyəri 28.16 USD/bbl təşkil edib. Bu da günlük, $13.12 və ya 31.78% ucuzlaşma olması deməkdir.

Londonun ICE qitələrarası birjasında Brent neftinin dəyəri 32.07USD/bbl səviyyəsində ticarət olunur ki, bu da $13.20 və ya 29.16%sessiya ərzində düşmə deməkdir.

Xatırladaq ki, OPEC+ ölkələri xam neftin hasilatının 1,5 mln. barel azaldılması bazara təsir edə bilməyib.

*USD/bbl – 1 barel üzrə dəyəri ABŞ dollarında

Son xəbərlər
Digər xəbərlər