Neft $37-ə tərəf istiqamətlənib

Birjalarda Brent markalı xam neftin dəyəri 36 dollar/barelin üzərinə çıxıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Londonun ICE fond birjasında iyul fyuçersləri üzrə Brentin bir barelinin dəyəri 0.47 dollar, yəni, 1.31% bahalaşmaqla 36.22 dollara satılıb.

Nyu-Yorkun Nymex əmtəə birjasında WTI xam nefti 0.41 dollar və ya 1.22 faiz bahalaşmaqla 33.90 səviyyəsində müəyyən olunub.

Bahalaşma eləcə də Tokio birjasında da  hiss olunub.  Xam neftin 1 kilo litri 3.98% bahalaşmaqla 26 140 yapon yeni (USD: 242.88) təşkil edib.