20 C
Baku
Friday, May 10, 2024

Neft 5% bahalaşdı – Birjada “Omikron qorxusu” azalır

Omikron ştamının neft tələbinə gələcəkdə mühüm təsiri olmayacağı, İranın nüvə danışıqlarında anlaşılmamazlığın davam etməsi xəbəri ardından neftin qiyməti həftənin çərşənbə axşamına 5% bahalaşma rallisi yaşadı.

Banker.az xəbər verir ki, Brent markalı neftin barreli sessiya ərzində 34 sent, yaxud 0.5% balaşmaqla $73.42-yə yüksəldi, bazar ertəsi ilə müqayisədə isə 4.6% bahalaşmış oldu. ABŞ nefti WTI isə 43 sent yaxud 0.6% artımla $69.92 olub, bu isə öncəki günlə müqayisədə 4.9% artım dinamikasıdır.

Neft qiymətləri ötən həftədə Omikron ştamına qarşı cari vaksinlərin effektiv olmaması xəbəri ilə kəskin eniş yaşadı. Təbii olaraq burada treyderləri qorxudan əsas məqam dövlətlərin qapanmaya gedəcəyi xəbərləri ilə neftə olan tələbin azalacağı ehtimal edilirdi və neft 75 dollar/bbl səviyyəsindən 65 dollar/bbl səviyyəsinə düşdü.

Neftin qiymətinə digər təsir edən əsas amil isə İran üzərindən sanksiyaların yumşalması ilə bağlıdır. İrana qarşı sanksiyalar yumşalarsa, onlar da bazara neft çıxara bilər, lakin hazırda bu baş tutmadı. İran XİN rəhbəri də “danışıqlar pəncərəsi həmişə açıq olmayacaq” deyə açıqlama verib.

Qeyd edək ki, Omikron ştamına rəğmən, OPEC+ ölkələrinin ötən həftəfəki iclasında “cəsarətli”qərarla növbəti ilin əvvəlindən plan üzrə 400 000 barel gündəlik neft hasilatını artırmağı planlayıb. Bu artım planı hadisələrin gedişindən aşlı olaraq 2022-ci ilin iyununa qədər davam edə bilər.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər