16 C
Baku
Saturday, April 20, 2024

“Neft 50 dollardan baha olmayacaq”

“Neftin qiymətinin bu il ərzində 30-40 dollar səviyyəsində olacağını düşünürəm”.

Bunu iqtisadçı deputat Vahid Əhmədov deyib.

Son günlər neftin qiymətinin bahalaşmasına münasibət bildirən deputat vurğulayıb ki, hazırki durumda neftin qiyməti 50 dollardan yuxarı ola bilməz.

“OPEC daxilində neftin qiyməti ilə bağlı müəyyən dartışmalar gedir. Bildiyimiz kimi, Rusiyanın neft hasilatının azaldılması ilə bağlı təklifi qəbul edilmədi. Düşünürəm ki, bu il ərzində neftin qiyməti 50 dollardan yuxarı olmayacaq. Əksinə ucuzlaşma müşahinə olunacaq”,-deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, bu gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar artaraq 49,77 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,28 dollar artaraq 50,08 dollar olub.vahid%20ehmedivvv

Sonuncu dəfə “Brent” markalı neftin qiyməti 2015-ci ilin noyabr ayında bir barel üçün 50 dollar göstəricisini keçib.

AzVision

Son xəbərlər
Digər xəbərlər