Dünya bazarlarında Brentin qiyməti 50 dollardan yuxarı qiymətdə ticarət olunmaqdadır.
Banker.az Bloomberg-ə istinadla xəbər verir ki, London birjasında (Bak.vax.: 09:10) Brent markalı xam neftin bir barreli 13 sent (0.26%) ucuzlaşmaqla 50.63 dollara düşüb.
WTI xam nefti isə Nyu-York birjasında 9 sent (0.19%) ucuzlaşıb 47.53 dollar olmuşdur.
Qlobal neft tələbinin əvvəlki ilə nisbətən gündəlik 8.8% azalma ilə təxminən 91.2 mln barel olacağı və gələn il bu rəqəmin gündəlik 6.2% artaraq 96.9 mln səviyyəsinə çatacağı təxmin edilir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) noyabr ayı üçün hazırlanan neft bazarı hesabatına görə, bəzi ölkələrdə yeni növ koronavirus epidemiyasına qarşı peyvəndlərin başlanması və peyvəndin asanlıqla əldə edilə biləcəyi gözləntiləri, qlobal iqtisadi fəaliyyətin gözlənilən normallaşma prosesinə daha sürətli baş verəcəyinə dair ümidləri artırıb.