Qlobal bazarlarda ehtiyatların sürətlə azalması və tləbin geridönüşü ilə neftin qiyməti aprel fyuçerslərində son 13 ayın maksimumuna yüksəlib.
Londonun fond birjasında Brent markalı xam neftin hər barreli 11 sent (0.16%) artımla 67.15 dollara yüksəlib.
Nyu-York əmtəə birjasında WTI markalı xam neftin hər barreli 63.25 dollar təşkil edib.
Neftin bahalaşması aşıya qitəsində daha sürətli baş verib. Tokio birjasında xam neftin hər kilo litri 3.91% artımla 41,730 yapon yeninə yüksəlib.
ABŞ-da EIA məlumatlarına görə, ölkədə neftin hasilatı gündəlik 9.7 mln barrelə qədər azalıb.
Nüfuzlu “Goldman Sachs Group Inc.” neftin qiymətinin 75 dollar olmasını proqnoz edir. Neftə olan tələbin OPEC+ və digərlərinin təchizatından daha sürətlə artacağını düşünür.