22 C
Baku
Saturday, September 28, 2024

Neft ABŞ-ın İrana qarşı təhdidləri fonunda 13% artdı

Brent markalı neftin qiyməti, ABŞ-ın İrana qarşı təhdidləri fonunda 13% artıb. Belə ki, hal-hazırda Brent neftinin bir barelinin qiyməti 23,20 dollar təşkil edir.

Banker.az bu barədə “RBC.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp İranı gəmilərinin vurulması ilə hədələmişdir.

“ABŞ Hərbi Dəniz Qüvvələrinə göstəriş vermişəm ki, gəmilərimizi dənizdə təqib edəcəkləri təqdirdə İranın hərbi gəmilərini vurub, məhv etsinlər”, – D.Tramp “Twitter” heabında yazıb.

Daha sonra o, öz “Twitter” hesabında İran gəmilərinin Amerika döyüş gəmisinə yaxınlaşdığı dənizdə baş verən hadisələrdən birinin videosunu yayımladı.

“Yuxusuz Co (Co Bayden – Trampın əsas rəqibi) üçün bu normal ola bilər. Mənim üçün isə yox!”, – prezident yazır.

Son xəbərlər
Digər xəbərlər