Neft bahalaşaraq, psixoloji həddən bir qədər uzaqlaşıb – 44 günün maksimumu

Birjalarda Brent xam neftinin qiyməti 44 günün ən yüksək həddinə qədər artmaqla $34-ə çatıb. Buna səbəb isə OPEC+ alyansının neftin hasilatı ilə bağlı bazara verdiyi ən sərt reaksiya sonrası baş verib.

Banker.az Bloomberg-ə istinadən (Bakı vaxtı: 08:00) xəbər verir ki, ICE qitələrarasl fond birjasında Brent markalı xam neftin iyul fyuçers müqavilələri üzrə 1 barelinin dəyəri $1,10 (3,38%) artmaqla $33,60 səviyyəsinə yüksəlib. Hətta bu bəzi saatlarda $33,80-i ötüb.

Sonuncu dəfə OPEC+ anlaşmasından bir neçə gün öncə, 4 aprel tarixində 34,11 $/bll səviyyəsində olub.

Qərbi Texas neftinin (WTI) Nyu-Yorkun NYMEX əmtəə birjasında 1 barelinin dəyəri $30,70 təşkil edin. Bu isə iyun fyuçersləri üzrə müqavilələrə bu xam neftin dəyəri sessiya ərzində $1,27, yəni, 4,32% sıviyyəsində artması deməkdir.

Qeyd edək ki, bir çox ölkələrdə neftə yaranan əvvəlki tələbat, karantin rejimlərinin qismən yumşaldılması səbəbindən bərpa edilir.