8 C
Baku
Thursday, December 12, 2024

Neft bahalaşıb – Bazarın gözü tələb proqnozu verəcək hesabatlara yönəlib

Çərşənbə axşamı ticarətində neft qiymətləri Yaxın Şərqdəki geosiyasi gərginliyin narahatlığı artırmağa davam etməsi ilə yüksəlsə də, tələbin aşağı düşməsi və bazarın neft agentliklərinin aylıq hesabatlarını açıqlaması öncəsi bir qədər də artımı məhdudlaşdırır.

Banker.az xəbər verir ki, may fyuçserləri üçün Brent markalı neftin fyuçersləri 26 sent və ya 0.3% artaraq bir barel üçün 82.47 dollar olub. ABŞ xam neftinin aprel fyuçersi 17 sent və ya 0.2% artaraq 78.10 dollar/barel olub.

İsrail və Fələstinin Həmas qrupu arasındakı müharibə neft tədarükündə əhəmiyyətli fasilələrə səbəb olmasa da, Yəmənin İrana bağlı husiləri f ələstinlilərlə həmrəylik kampaniyası olaraq noyabr ayından etibarən Qırmızı dəniz və Ədən körfəzində gəmilərə hücum edir.

Bazar ertəsi ABŞ-Britaniya koalisiyasına aid edilən hava hücumları Yəmənin qərbindəki liman şəhərləri və kiçik qəsəbələri vurdu, husilər isə çərşənbə axşamı günü Qırmızı dənizdə “Pinocchio ABŞ gəmisi” olaraq xarakterizə edilən gəmini raketlərlə hədəf aldıqlarını deyiblər.

Bununla belə, bahalaşmanın məhdudlaşdırılmasında digər amil də var. Bu, OPEC-dən kənarda olan istehsalçılardan zəif tələb və artan təkliflə bağlı proqnozlardır.

Beynəlxalq Enerji Agentliyi (IEA) neft tədarükünün demək olar ki, tamamilə OPEC və onun müttəfiqləri (OPEC+) xaricindəki istehsalçıların, o cümlədən ABŞ, Braziliya və Qayanadan qaynaqlanan təqribən 103.8 milyon barellə rekord həddə artacağını gözləyir.

Bu arada, dünyanın ən böyük neft idxalçısı Çinin xam neft idxalı ilin ilk iki ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə artıb, lakin əvvəlki aylara nisbətən zəif olub. Bu neft qiymətləri üçün qismən də olsa təsirli amil kimi qiymətləndirilir.

İndi bazarın gözü OPEC, IEA və Enerji İnformasiya Administrasiyasının aylıq hesabatlarından olan tələb proqnozlarına yönəlib.

Son xəbərlər
Digər xəbərlər