Neft bahalaşır – OPEC+ ölkələrindən gözlənti nədir?

Neft anbarları

BANKER.AZ, Bakı vaxtı 10:45 — Neft qiymətləri həfətnin cümə axşamına başlarkən yüksələrək ikinci artım seansını yaşayır. OPEC ölkələrinin bu gün gözlənilən toplantısında hasilatın artımına dair qərarvermə gözləntisi hazırda var. ABŞ-da xam neft anbarlarında gözləntilərdən daha çox artımın olması (Energetika İnformasiyası Agentliyinin bununla bağlı artıq məlumat verib) qiymətlərdə əsas təsiredici amil kimi görünməkdədir.

London birjasında may fyuçersləri üzrə Brent markalı xam neftin bir barreli 45 sent (0.70%) artımla 64.52 dollara yüksəlib. Nyu-York birjasında WTI markalı xam neft isə aprel fyuçerslərində 35 sent (0.57%) yüksəlişlə 61.63 dollara qədər artıb.

Birjalarda neftin qiyməti fevral ayınının 25-ci günündə neftə olan tələbin sürətli artımı proqnozu və neft ixrac edən ölkələrin hasilatla bağlı “israrlı” görünməsi riski 67 dollar üzərinə çıxarmaqla 13 ayın ən yüksək həddinə çıxara bildi.

İndi bir çox treyderlərin gözləntisi 60 dollar üzərində ticarət olunan xam neftin OPEC və onunla eyni cəbhədə qiymət qazancı üçün çalışan ölkələrə əla fürsət bilirlər. Düşünülür ki, neft hazırda bazar üçün “ən yaxşı” qiymətdə ticarət olunur. Bu da neft ixracatçıları üçün iştaha yaradır ki, hasilatla bağlı qərara yenidən baxsınlar.

“Axi”nin qlobal qiymət strateqi Stepn İnnes “Reuters”ə açıqlamasında “ qiymətlər Rusiya və Səudiyyə Ərəbistanın xam neft hasilatının artım seçiminə bağlıdır” deyə, bildirir.

EIA bildirmişdi ki, ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 21 563 min barel artaraq 484 605 min barel təşkil edib. ABŞ-da neft ehtiyatlarının kəskin artmasına səbəb kimi soyuq hava temperaturuna görə neft emalı zavodlarında istehsal fəallığının azalmasıdır. Soyuq hava şəraiti Texasda neft emalı zavodlarının əksəriyyəti neft məhsullarının istehsalını ləngidib bəzilərini isə dayandırıb. Bunun nəticəsində tələbat olmadığından neft ehtiyatları artıb. Eyni zamanda, ekspertlər ABŞ-da neft ehtiyatlarının kəskin artımını qısamüddətli olduğunu sayır.

Ötən gün TASS agentliyi isə ekspertlərə istinadla yazmışdı ki, OPEC+ ölkələri əksəriyyəti monitorinq komitəsinin görüşü zamanı aprel ayından etibarən gündəlik neft hasilatının 1.5 mln. barel artırılması variantını dəstəkləyə bilər. Digər tərəfdən isə

2021-ci ilin 5 yanvar tarixində OPEC+ ölkələri nazirlərinin iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, OPEC+ ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7.125 mln. barel, martda isə 7.05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barel artıraraq hasilatı 595 min barel səviyyəsində saxlayacaq.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.