2022-ci ilin ikinci rübündə SOCAR qtərəfindən 20 min metrə yaxın qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5% çoxdur.
Banker.az xəbər verir ki, bu barədə 2022-ci ilin 2-ci rübünə dair hesabatında məlumat verilir.
Şirkət bildirir ki, hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub. Ölkə üzrə ümumilikdə 8,1 milyon tondan çox neft və 11,6 milyard kubmetrdən çox qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 16,7 % artıb.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,2 milyon tona yaxın neft, 869 milyon kubmetrə yaxın təbii qaz emal olunub. Qaz emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 403 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 3% artaraq 2,2 milyard kubmetr təşkil edib.