21.6 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Neft bahalaşsa da, Azərbaycanın suveren fondu proqnozları doğrulda bilmədi

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə olan transfertlərin həcmi proqnozları doğrultmadı.

Bu barədə Banker.az Maliyyə Nazirliyinə istinadla xəbər verir. Bu barədə MaN dövlət büdcəsinin ilin birinci yarısında icrası ilə bağlı hesabat yayımlayıb.

İlin birinci yarısında suveren fond olan ARDNF-dən dövlət 6 100 milyon manat transfert olacağını proqnoz etdiyi halda, cəmi 4 696.7 milyon manat transfert edib. Bu da proqnoza cəmi 77% əməl edilməsi deməkdir. Bu da dövlət büdcəsinin 40%-ni (öncəki ildə: 47.2%) formalaşdırmış olmuşdur.

Həmçinin ödənişlərin həcmi öncəki ilin müvafiq dövrü ilə müqayisədə cari ildə 17.2% azalma müşahidə edilib.

Qeyd edək ki, ARDNF 2021-ci ilin ilk yarımilində Azəri-Çıraq-Günəşli yatağı üzrə əldə olunan gəlirlərinin həcmi $2 mlrd. 354.1 mln. olmuşdur. Bu da illik müqayisədə 148.1 mln., yaxud 6.7% artım deməkdir.

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər