26 C
Baku
Wednesday, April 24, 2024

Neft bazarı: çöküş başladı

Neftin qiyməti demək olar ki, 3% aşağı düşüb. Deyəsən, bazar iştirakçıları “Saudi Aramco” şirkətinin IPO keçirməsini gözləməmək qərarına gəliblər. Son iki ticarət sessiyasında zərərlər təxminən 5% təşkil edib. WTI qarışığı üçün bu, yeddi həftə ərzindəki ən pis göstəricidir.

Göründüyü kimi, bazar çoxdandır tənəzzülə hazırlaşır və nəhayət ki, bu an gəlib çatıb.

neft qrafikQeyd edək ki, mətbuatda Çin səlahiyyətlilərinin ABŞ ilə ticarət müqaviləsini bağlamaq perspektivinə pessimist yanaşması barədə məlumatlar yayımlanmağa başlayıb.

Neftin qiymətindəki əvvəlki artımların hamısı tərəflərin ümumi razılığa gələcəyi ilə əlaqəli olmuşdur, lakin heç bir irəliləyiş olmayıb. Eyni zamanda, Çin ən böyük istehsalçı və idxalçı olduğuna baxmayaraq, ölkə iqtisadiyyatı get-gedə yavaşlayır.

neft qrafik1Çindəki tənəzzül nə qədər güclü olsa, bunun bütün dünya iqtisadiyyatına və müvafiq olaraq neft istehlakına təsiri də bir o qədər çox olacaqdır. Yeri gəlmişkən, bu il Çində alüminium istehlakı 30 ildə ilk dəfədir ki, azalma göstərə bilər. Bu, sənaye sektorundakı zəif dinamikanı bir daha təsdiqləyir.

Neftin qiymətini dəstəkləyən başqa bir amil OPEC+ tərəfindən hasilatın azaldılması olub, lakin burada da nikbinlik üçün çox az səbəb var.

İştirakçı ölkələrin növbəti toplantısı dekabrın əvvəlində keçiriləcək, lakin bu haqda hələki dəqiq məlumat yoxdur. Xüsusilə, “Reuters” agentliyinin verdiyi məlumata görə, Rusiya neft hasilatını azaltmağa hazır olmadığını bildirib.

Bazar üçün bu kifayət deyil, OPEC+ ölkələrinin səylərinə baxmayaraq, növbəti ildə təklif tələbi üstələyəcək, bu isə qiymətin aşağı düşməsi deməkdir.

ABŞ-ın neft sənayesinə nəzər yetirək: iki həftə ərzində ölkədə ixrac idxalı əhəmiyyətli dərəcədə üstələyib. OPEC bazardakı payını azaltmağa davam etdiyi təqdirdə, onun yerini amerikan nefti tuta bilər. Başqa sözlə desək, rəqabət daha da sərtləşir.

Texniki faktorlar

Texniki baxımdan tənəzzül üçün artıq hər şey hazırdır.

neft qrafik2Qrafikdə qısamüddətli artımdan sonra qiymətin sürətlə aşağı düşməsini aydın görmək olar.

Bundan əlavə, kotirovkalar 50 və 100 günlük hərəkətli ortalamandan aşağı düşüb, bu isə satışların artmasına səbəb ola bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər