OPEC+ bir aylıq neft hasilatının azalması ilə bağlı genişləndirdiyi tədbirlər sonrası neft bahalaşıb. Dünya birjalarında Brent markalı neftin qiyməti bəzi saatlarda hətta 43 $/barel səviyyəsindən yuxarı həddə olub.
Gedişatın bu məcrada davam etməsi ilə, əlaxsus, neftə yaranan tələbatın bərpa olunması ilə, Wood Mackenzie Ltd. Konsaltinq şirkəti neftin bir barelinin $50 dollara qədər arta bilməsini mümkün sayır.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:00 radələrində Brentin bir bareli $0.69 (1.63%) artmaqla $42.99 təşkil edib. Amerikanın WTI xam nefti isə $0.45 bahalaşmaqla (1.14%) $40 barel təşkil edib.
Bu Ru danışıqların baş tutması Rusiya və Səudiyyə Ərəbistanı üçün geridə qalmış “qiymət müharibəsindən” sonra bir uğur saymaq olar.