14 C
Baku
Thursday, April 25, 2024

Neft bazarında çöküş: S.Ərəbistanı bunun üçün çıxış yolları axtarır

Neft bazarında çöküş get-gedə daha da güclənir: Brent neftinin qiyməti 56 dollar səviyyəsinə düşüb. Neft hasil edən ölkələr panikaya düşüblər.

Banker.az xəbər verir ki, çərşənbə günü neft fyuçersləri ötən ilin sonlarından etibarən 5% ucuzlaşıb. Bazardakı vəziyyət getdikcə heç kimin dayandıra bilmədiyi çaxnaşmaya bənzəyir.

Gözləntilərin əksinə olaraq xam neft ehtiyatları təxminən 2,5 milyon barel, benzin ehtiyatları isə ümumilikdə 4,4 milyon barel artıb.

nfNeqativ amillərdən biri də ABŞ-ın neft istehsalını yenidən artırmasıdır.

Bu gün ölkədə 12,3 milyon barel neft istehsal olunur.

Avqust ayının əvvəlindən neft demək olar ki, 10 dollar və ya 14% itiriblər.

Burada təəccüblü heç nə yoxdur.

Səudiyyə Ərəbistanın aşağı düşmənin qarşısını almaq üçün mümkün olan bütün vasitələrə əl atmağa hazır olduğunu bildirib.

Bloomberg xəbər verir ki, Səudiyyə Ərəbistanı digər neft ixracatçısı olan ölkələrdə bu məsələni müzakirə edir.

“Krallıq qiymətlərin aşağı düşməsinə yol verməyəcək və mümkün olan bütün variantları nəzərdən keçirir”, – Səudiyyə ərəbistanının məmurlarından biri bildirib.

etBu gün OPEC+ dekabr razılaşması çərçivəsində neft istehsalını gündə 1,2 milyon barelə qədər azaldıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər