10 C
Baku
Thursday, December 12, 2024

Neft bazarında sabitliyə gətirib çıxaracaq qərarlar verməkdən çəkinməyəcəyik – İraqın neft naziri

OPEC+ ölkələri iyunun 4-də Vyanada keçiriləcək iclasda neft bazarındakı mövcud vəziyyəti qiymətləndirəcək və buna görə qərar verəcək.

Bunu İraqın neft naziri Hayyan Abdel Qani jurnalistlərə bildirib.

“Son vaxtlar çoxlu maneələrlə üzləşməyimizə baxmayaraq, OPEC+ gözlənti və təxminlərin neft bazarına yaxın olduğunu sübut etdi. Apardığımız təhlillər əsasında verdiyimiz qərarlar neft bazarında iqtisadi sahədə sabitliyə nail olmaq məqsədi daşıyırdı. Bu siyasətə əsaslanaraq biz iclasda cari bazar parametrlərini müzakirə edib müvafiq qərarlar qəbul edəcəyik”, – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, əsas məqsəd qlobal neft bazarında sabitliyi təmin etmək və istehsalçıların, istehlakçıların və investorların maraqlarına mənfi təsir göstərə biləcək volatilliyin qarşısını almaqdır: “Biz qlobal neft bazarında daha böyük tarazlığa və sabitliyə gətirib çıxaracaq qərarlar verməkdən çəkinməyəcəyik”.

Son xəbərlər
Digər xəbərlər