13 C
Baku
Saturday, November 16, 2024

Neft bazarında volatilliyin hakim olacağı bir dövrdən keçəcik

Neftin qiymətində volatilliyin üstünlük təşkil edəcəyi il olacaq.

 Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bu fikirdədir.

O bildirib ki, neftin qiyməti hazırda 65 dollar/barrel ətrafında dəyişir. Son bir ilə görə qiymətlər 20-25 dollar/barrel ucuzlaşıb. Ümumilikdə neft bazarında volatilliyin hakim olacağı bir dövrdən keçəcəyik.

“Qlobal iqtisadiyyat ötən ilə görə daha zəif artım göstərir. Bu da enerjiyə təsirsiz ötüşmür. Son 10 ildə qlobal neft tələbatının yarısı Çinin payına düşür. Bu ölkənin iqtisadiyyatı cari ildə son 30 illə müqayisədə ən zəif artımı göstərəcək. Çin iqtisadiyyatının zəifləməsi enerji bazarına da təsir edəcək. Enerji sektoruna təsir edən digər faktor isə geosiyasi gərginlikdir. ABŞ ilə Çin arasında ticari mübahisələr, Yaxın Şərq və Venesueladakı son vəziyyət, Avropada Brexitlə bağlı inkişaflar və geosiyasi gərginlik enerji sektoruna ciddi şəkildə təsir edə bilər. Bu proseslər neft bazarına da təsirsiz ötüşməyəcək. Lakin hazırda ABŞ-da şist nefti ilə İraq neftinin istehsalındakı artım bazarı bir az daha rahatlaşdırıb”, – deyə F.Birol qeyd edib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər