6 C
Baku
Thursday, February 13, 2025

Neft bazarının qısa təhlili

Neft qiymətlərinin enməsi uzun müddətdir davam edən trenddir. Nəticədə ixracatçı ölkələrin rolu zəifləyə, OPEC-i isə ciddi təhlükələr gözləyə bilər.

Aparıcı Seabreeze Partners Management şirkətinin prezidenti Doug Kass belə hesab edir ki, neft qiymətlərinin enməsi aşağı istiqamətli uzun müddətli trendin başlanması indiqatorudur. Ola bilsin ki, bu OPEC-in rolunun zəifləməsinə səbəb ola bilər və hətta onun dağılması ehtimalı da istisna edilmir.

Nefti qiymətlərinin enməsinə qədər isə (ABŞ-da ümumi daxili məhsulun artımı və Aİ, Çin və Yaponiyada sabit vəziyyətə baxmayaraq) vəziyyət bir qədər fərqlidir.

  • Şistlərdən neft emal edilməsi həcmi ABŞ-ı Səudiyyə Ərəbistanı və Rusiya ilə yanaşı nəhəng neft istehsalçılarından biri etdi. Enerji səmərəliliyinin artımı isə ABŞ-a neft idxal edilməsi hallarını 3 dəfə azaltdı.
  • Dünya iqtisadiyyatının ləngiməsi Aİ-da neftə tələbatın azalmasına və durğunluğa səbəb oldu. Neft dollar ilə alınıb-satıldığından Amerika valyutasının güclənməsi nefti Avropa üçün ucuzlşadırmadı.
  • Neft emal edən ölkələr neftin azalmasından daha çox, emalın artırılmasına stimula sahibdirlər. Belə ki, Səudiyyə Ərəbistanının büdcəsi 1 barrelə görə 90 dollar tələb edir. Əgər qiymət aşağı olarsa, ölkədə gəlirlərin dəstəklənməsi üçün külli sayda nefti satmaq daha asan olacaq.
  • İran, İraq və Liviya neft emalının artırılması baxımından böyük potensiala sahib olan ölkələrdir.
  • Venesuela isə neft emalında sabit mövqedədi. Amma iqtisadiyyatda baş verən tənəzzül bu sabitliyi qorumaqda çətinlik yaradır. Qısası, büdcəni WTI $60 qiymətində balanslaşdırmağa yönəlməklə Venesuela istehsalat həcmini azaltmayacaq.

Neft qiymətlərinin enməsi iqtisadiyyat və bazarlarda özünü necə əks etdirəcək?

ABŞ-da benzinin qiyməti enəcək ki, bu da əhalinin yaşayış vəziyyətini yaxşılaşdıracaq, həmçinin fond bazarını irəli çəkəcək. Digər ölkələrin fond bazarı isə bundan zərər görə bilər.

Keçmiş böhranlarla əlaqəli yaranan təcrübə əsasında demək olar ki, neft qiymətlərinin enməsi sürətli və effektiv olarsa, dünyanın fond bazarlarında da əsl “düşmə” yaşanacaq.

2015-ci ildə neftin orta dəyəri 80 dollar həcmindədir. Görünür neft uzun müddətli enmə trendinə daxil olub. Neft qiymətləri əlavə olaraq mövsümdən və siyasi hadisələrdən asılı olaraq da 10-15 faiz dəyişə bilər.

Son xəbərlər
Digər xəbərlər