Neftin qiyməti tək neft ehtiyatlarından və siyasətdən deyil, onun mənşəyi ilə bağlı nəzəriyyələrdən də asılıdır. Yeni kəşflər neft ehtiyatlarının tükənməsi ilə bağlı şayiələr barədə bir daha düşünməyə vadar edir.
Neft qiymətlərinin dəyişməsi proqnozları geniş çərçivələr arasında dəyişir. Bəziləri sabit artımı təxmin etdiyi halda, bəziləri kəskin enməni qeyd edir. Bütün bunların səbəbi neftin yaranması ilə bağlı yaranmış ümumi fikirdədir. Bəs neft bir gün həqiqətən tükənə bilərmi? Son olaraq kəşf edilən yeniliklərə görə, neft əbədi olaraq insanlara xidmət edə biləcək.
Kanada və rus alimlərinin yenilikləri belə bir optimist qərara gəlməyə imkan verir. Mümkündür ki, neft öz yaranmasını yeraltı okeana borcludur. Burada söhbət adət etdiyimiz adi mineral su yataqlarından deyil, bütün planet boyu yer qabığı boyunca dövr edən su və buxardan gedir. Məhz bu qabıq qatı tektonik plitələrin hərəkətini, vulkan püskürmələrini və nəhayət neftin yaranmasını izah edir.
Bu yaxınlarda 2008-ci ildə Braziliyanın Juina şəhəri yaxınlığında tapılmış almaz üzərində araşdırma aparılmışdır. Alimlər bu daşın içərisində mineral tərkibinin olduğunu aşkar etmişlər. Alimlər brilyant tacirlərindən fərqli olaraq belə daşları çox sevirlər. Bu növ almazlar öz tərkibində almazların formalaşması prosesi haqqında məlumat gizləyir. Və bu Braziliya almazının içərisindən çox nadir mineral olan və yalnızca meteroitlərdə müşahidə edilən rinqvudit mineralına rast gəlirlər. Rinqvudit Yer üzərində geniş yayılmış olivinin “qohumudur”. Lakin rinqvuditin yaradılması üçün su lazımdır. Və adi su deyil, yüksək temperaturlu və təzyiqli su tələb edilir.
Rinqvuditin aşkar edilməsi yer qabığında, böyük dərinliklərdə su var və bu su Yer Kürəsində olan bütün okeanların suyundan çoxdur. Lakin almazların içərisindən tək rinqvudit deyil, neft izləri də tapılmışdır.
Bəs neft necə yaranır?
Bu sual hələ XX əsrdə iki rəqib nəzəriyyə – neftin biogen və abiotik genetikası yarandığı zaman yaranmışdı. Biogen nəzəriyyəyə əsasən neft – qədim bioloji orqanizmlərin, heyvanların və bitkilərin qalıqlarından əmələ gəlib. Abiotik nəzəriyyəyə görə isə neft – Yerin təkindəki kimyəvi reaksiyaların nəticəsidir. Bu da neftin əsasən çökçüş dağ suxurlarında cəmlənməsini izah edir. Bu nəzəriyyəyə görə nefti məhz belə çökmə suxurlarda axtarmaq lazımdər və neft ehtiyatları tükənəndir.
Biogen nəzəriyyəsi nöqteyi-nəzərindən biokütlənin neftə çevrilməsi milyon illərlə davam edib. Mikroskopik neft damcıları xüsusi yüksək keçiriciliyə malik qatlara düşürdülər və burada yığılırdılar.
Abiotik nəzəriyyə isə neftin təbiətinin kimyəvi proseslərlə izah edir. Onlara görə bu su buxarı, karbon qazı, hidrogen-sulfid, azot, hidrogen və s.dir. Dmitriy Mendeleyev bu nəzəriyyənin fəal tərəfdarı idi. O belə hesab edirdi ki, bu proses bütün planet üzrə davamlı olaraq baş verir. Kristallarda və maqmatik suxurlarda neftin tapılması, neftdə yüksək metal tərkibinin olması bu nəzəriyyənin lehinə düşünməyə səbəb olur. Bu müşahidələri biogen nəzəriyyəsi nöqteyi-nəzəri ilə izah etmək çətindir. Bu nəzəriyyənin gəldiyi nəticə odur ki, istənilən çatlaq suxur neft tapılması üçün yaxşı perspektiv ola bilər. Bundan başqa, neft heç vaxt tamamilə tükənməyəcək. O daim planetin dərinliklərində əmələ həlir.