Bakı vaxtı ilə saat 08:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 40 sent, yəni, 0,63% azalaraq 63,33$-a təklif olunub. Banker.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 47 sent, yəni, 0,81% ucuzlaşaraq 57,59$-da qərarlaşıb.