OPEC+ alyansının dünən oktyabrdan etibarən zəif iqtisadi perespektivlər fonunda hasilatı azaltmaq qərarından sonra neft iki günlük rallisi ardından bu gün qiymət itkisi ilə üzləşib.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin barreli Bakı vaxtı ilə 13:40 radələrində 93.40 dollara düşüb ki, bu da 2.44 faizlik enişdir.
İnvestorlar OPEC+ qrupunun neftin növbəti aydan hasilatı azaltması qərarı ardından emosional rekasiya verdilər və Brentin bir bareli 97 dollara qədər bahalaşma yaşadı. İndi neft son iki gündə qazandığı qiyməti nəinki itirir, hətta həftənin son bağlantısından da aşağı həddə düşdü.
ABŞ tətilinin nəticəsi olaraq, Amerika Neft İnstitutu və Enerji İnformasiya Administrasiyasının həftəlik ABŞ inventar hesabatları çərşənbə və cümə axşamı, həmişəkindən bir gün gec yayımlanacaq.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra neft tədarüklə bağlı narahatlıqları artırdıqdan sonra mart ayında bütün zamanların ən yüksək səviyyəsinə – 147 dollara yaxınlaşdı. Qərbdə resessiya ilə bağlı narahatlıq, artan inflyasiya və faiz artımı o vaxtdan öz təsirini göstərməyə başladı.
Avropa Mərkəzi Bankı faiz dərəcəsi hərəkətlərini müzakirə etmək üçün cümə axşamı toplanacaq. Sentyabrın 21-də ABŞ Federal Ehtiyat Sisteminin iclası keçiriləcək. Hər iki mərkəzi bank faizləri yüksəldəcək.