Dünya bazarlarında gün ərzində neftin qiyməti artıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 5 sent, yəni, 0.07% azalaraq 70.66$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 12 sent, yəni, 0.15% ucuzlaşaraq 78.67$-a təklif olunub.
Xatırladaq ki, “Saxo Bank”ın (Danimarka) analitiki Ole Hansen-nin sözlərinə görə, neft bazarı qiymətlərin 77,5 dollar səviyyəsində qalmasına hazırlaşır.
O bildirib ki, OPEC və Rusiya iyunun 23-də keçiriləcək birgə iclasdan sonra hasilat həcminin azaldılması variantından imtina edə bilər. Eyni zamanda analitik bildirir ki, ABŞ İran neftinin ixracına istədiyi təsirə yiyələnmək istəyir.