Neft daşları – 1940-cı ildə əsası qoyulan və açıq dənizdə unikal bir şəhərdir. Bu şəhərin analoqunu digər ölkələrdə tapmaq bəlkə də çətindir. XX əsrin əvvəlində Bakı Rusiya imperiyasının neft paytaxtı idi. Burada dünya üzrə 50, bütün ölkədə emal edilən neftin isə 90%-i əldə edilirdi. Bakı ətraflarında neft ehtiyatları tükəndikdə Sovet hökuməti qarşısında yeni neft yataqları tapmaq kimi bir vəzifə yaranır.
Xəzər dənizində yerli balıqçıların Qara daşlar adlandırdığı bir ərazi var idi və o Abşeron yarımadasının sahil xəttindən təqribən 100 kilometr məsafədə yerləşirdi. Bu suyun üzərinə güclə çıxan qayalıqlar idi.
1948-ci ildə qara daşlara geoloji kəşfiyyat qrupu göndərilir və cavab müsbət olur. Yəni, burada neft var idi. Qara daşlarda dənizin dərinliyi cəmi 20 metr idi və bu səbədən açıq dənizdə baza yaratmaq qərarına gəlinir. Bura Neft daşları adını aldıqdan 1 il keçdikdən sonra Qara daşlarda ilk quyu işə salınır. Tezliklə burada fəaliyyət göstərən gəmilərin sayı 7-ə çatdırılır və gələcək qəsəbənin – “7 gəmi adası”-nın əsası qoyulur. Burada gəmilər metal körpülər ilə birləşdirilir və ilk evlər yaradılmağa başlanılır. Bu zaman iki mərtəbəli 16 ev, kitabxana, yeməkxana, tibb məntəqəsi və iki elektrostansiya inşa edilir.
Hazırda şəhərdə küçələrin uzunluğu 350 kilometr təşkil edir. Geoloqların qiymətləndirməsinə görə, hazırda Neft daşlarından əldə edilən neft həcmi yaxın 10 illiklərə bəs edəcək. Neft tükəndikdə nə baş verəcəyi məlum olmasa da, Neft daşları insanın hər bi halda təbiətə qalib gələ bildiyinə unikal bir nümunə olaraq qalacaq.