5 C
Baku
Wednesday, February 21, 2024

Neft dünya birjalarında kəskin ucuzlaşdı, psixoloji həddən bir qədər də uzağlaşdı

“Brent” markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti cari ilin 14-16 mart tarixindən bu yana ilk dəfə olaraq 65 dollara düşməklə psixoloji hədd olan 70 dollardan bir qədər də uzaqlaşıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08.25-a olan vəziyyətə görə, “Brent”in yanvar fyuçerslərinin qiyməti bir barelə görə 7,43 faiz azalaraq 65,30 dollara enib. Hətta bu gecə saatlarında (Bakı vaxt ilə) 64,91 dollara qədər geriləyib.

Bununla belə, cümə günü WTI markalı yüngül neftin qiyməti 2017-ci ci 17 mart tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə 56 dollardan aşağı düşüb.

Bakı vaxtı ilə 08.25-ə olan vəziyyətə görə, WTI növünün dekabr fyuçerslərinin qiyməti bir barelə görə 8,31 faizdüşərək 55,33 dollar təşkil edib.

Hərraclar zamanı bir barelə görə qiymət 54,77 dollara qədər enib.

Son xəbərlər
Digər xəbərlər