16 C
Baku
Thursday, April 25, 2024

Neft düşür – bazarlarda proqnoz necədir?

Neft qiymətinin bir barel üçün 50 dollardan aşağı qiymətə düşdüyü təqdirdə, ABŞ-dan Səudiyyə Ərəbistanı və Rusiyaya qədər olan bir çox ölkələr çətinliklərlə üzləşəcəklər. Banker.az xəbər verir ki, may ayında neftin qiymətinin 11% -dən çox düşməsi (Brent üçün) qlobal neft bazarı üçün unikal bir şey deyil. Belə ki, müəyyən dövrlərdə daha kəskin azalmalar müşahidə olunub.

Buna baxmayaraq, bir neçə həftə ərzində ardıcıl olaraq eyni istiqamətdə hərəkət edən qiymət dinamikası həmişə analitiklərdən və bazar iştirakçılarından tutmuş siyasətçilərə və hətta bu sahədən heç bir məlumatı olmayan şərhçilərə qədər olan hər kəsdə reaksiya doğurur. Siyasi rejimlərin taleyi və dünyadakı qüvvələr balansı neft qiymətlərinin dinamikasından asılıdır.

Adətən neft qiymətlərinin artması ilə bağlı olan proqnozlar heç bir şübhə doğurmur, düşmələrə gəldikdə isə nefti bitkoinə (Bitcoin) bənzədirlər.

“Tendensiyaları tutmaq” kütləvi cəhdlər

Əslində, əlbəttə ki, bütün bu proqnozlar ehtimal xarakterini daşıyır, lakin şərhçilərin “tendensiyaları tutmaq” üçün atdıqları kütləvi cəhdlər müstəqil əhəmiyyətə malikdir. Bu cəhdlər müasir dövrün əsas səciyyəvi cəhətlərindən biri olan “hiperkommunikasiya” effektini daha da gücləndirir, bu halda daim təkrarlanan fikirlər (analitiklər, siyasətçilər, adi media səviyyəsində) iqtisadi göstəricilərə və neftin qiymətinə təsir göstərən əsas faktorlardan birinə çevrilir. Təchizat və tələbat sahəsində hər hansısa köklü dəyişiklər hələki baş verməmişdi, lakin “neftin qiymətində azalma” kimi mövzular ətrafında gedən müzakirələr, birjaya təsir göstərən əsas psixoloji amildir.

Bundan əlavə olaraq qeyd etmək lazımdır ki, psixoloji hədd tez-tez dəyişə bilər və bu halda hiperkommunikasiyanın təsiri əks istiqamətdə işləyəcəkdir. Məsələn, əksər analitiklər may ayında neft qiymətlərinin azalmasını treyderlərin ABŞ və ÇXR arasında gedən ticarət müharibəsinə verdikləri reaksiya ilə əlaqələndirirlər. Qeyd edək ki, ticarət müharibəsi həqiqətən də spekulyantların (dəllalların) əhval-ruhiyyəsinə təsir göstərir.

Ticarət müharibəsinin ağır nəticələrinə gətirib çıxara biləcək əsas amillərdən biri, ÇXR-in Rusiyanın karbohidrogen ehtiyatlarına olan marağın artmasıdır. Vaşinqton-Pekin sərhədində artan gərginlik Rusiyadan enerji resurslarının təminatına olan tələbatın artmasına səbəb olacaqdır.

Buna baxmayaraq, hal-hazırda ABŞ və ÇXR arasındakı münasibətlərin dinamikası ixracatçılar üçün neft qiymətinə təsir baxımından əlverişsizdir.

Gələcəkdə bu tendensiyanın qarşısını nə ala bilər?

Məsələn, Fars körfəzində gərginliyin artması ilə bağlı xəbərlər.

2018-ci ilin may ayında (sanksiyalara qədər) İran gündə 2,5 milyon bareldən çox neft ixrac edirdi (“Reuters” məlumatı). 2019-cu ilin matında İran neftinin ixracı demək olar ki, 1,7 milyon barel təşkil edib (onlardan 36% Çinin, eyni qədər Hindistan və Koreyanın payına düşüb). 2019-cu ilin aprelində ixracın həcmi 1 milyon bareldən çox olmayıb (Refinitiv Eikon məlumatı). Qərb agentliklərinin proqnozlarına görə, yay aylarının başında İran Respublikasının ixracatı gündə 0,2-0,4 milyon barelə qədər düşüb.

Tehranın itirəcəyi heç bir şey yoxdursa, o yenidən Hörmüz boğazını bağlamaq və qonşu istehsalçıları bu mövzu ilə hədələmək ideyasına qayıda bilər.

ABŞ prezidenti Donald Tramp neft istehsalını artırmaq məqsədilə Səudiyyə Ərəbistanı ilə razılığa gəldiyini bildirib. Lakin Səudiyyə Ərəbistanının özü bu razılaşmanı birmənalı şəkildə təsdiqləmir. Sizcə Səudiyyə Ərəbistanı İranın neft ixracatını əvəz edə biləcəkmi? Bu, çox qapalı dövlətdir və onun istehsal potensialı haqqında etibarlı məlumat yoxdur.

Eyni zamanda Venesuelada da istehsalın aşağı düşə biləcəyi ehtimalını nəzərə almaq lazımdır. Bu, ölkədə geniş miqyaslı böhran səbəbindən baş verə bilər. Bundan əlavə olaraq, Liviyanı da istisna etmək olmaz (ölkədə vətəndaş müharibəsi gedir).

Yəni Səudiyyə Ərəbistanı İranın, Venesuelanın və Liviyanın ixrac həcmini təkbaşına kompensasiya edə bilməz. Ölkənin neft istehsalının artırılması istiqamətində göstərdiyi hətta “müstəqil” səylər belə OPEC+ müqaviləsinin məhvi demək olardı. Və Ər-Riyadın buna razı olub-olmadığı aydın deyil. Yeri gəlmişkən, may ayında qiymətlərin düşməsi səbəbindən OPEC+ iştirakçılarının öhdəliklərinin azaldılması ssenarisi daha real görünür.

Neftin qiymətinə təsir göstərən digər amillərdən biri də amerikan istehsalının artmasıdır. 2018-ci ildə bu artım fenomenal xarakter daşıyıb – təxminən 17% (və bu kondensatsızdır), və artım davam edir. EIA-nın verdiyi məlumata görə, 2019-cu ilin martında ABŞ gündə 11,9 milyon barel neft istehsal edib, may ayında isə istehsalın həcmi artıq 12,3 milyon barelə çatıb. ABŞ-da istehsal artımı üçün infrastruktur məhdudiyyətləri tədricən aradan qaldırılır. Mütəxəssislər artımın davam edəcəyini proqnozlaşdırırlar.

Neftin qiyməti $50 olarsa…

Neftin qiyməti 50 dollardan aşağı olduğu halda, Trampın nə edəcəyi ilə bağlı bir intriqa yaranıb. Əslində, Trampın iki sosial-siyasi rolu var: o, seçiciləri ucuz benzin ilə təmin edən prezident və Amerika iqtisadiyyatın mühüm bir hissəsi olan şist nefti də daxil olmaqla, neft sənayesinin lobbistidir.

Trampın “ucuz neft necə də yaxşıdır” və “ABŞ-ın neft sənayesinin inkişafını dəstəkləmək vacibdir” tvitləri olmasa, OPEC+ müqaviləsinin müddətinin uzadılması ehtimalı əhəmiyyətli dərəcədə artacaq. Əks halda “sağ qalma” uğrunda müharibə başlayacaq.

Rusiyada neft qiymətlərinin bir barelə 50 dollar. Yaxın Şərq təchizatçıları arasında isə qiymətin daha aşağı olacağı proqnozlaşdırılır. Digər problemlərdən biri də büdcə xərclərinin “şişirdilməsi” və neft monarxiyası olan ölkələrdə əhalinin rahat həyat şəraitinə öyrəşməsidir. Məsələn, Rusiya, Azərbaycan və ya Qazaxıstan kimi ölkələrdən fərqli olaraq, Səudiyyə Ərəbistanı, devalvasiya kimi tədbirdən istifadə etməyib. Bəlkə də hər şey hələ qabaqdadır, devalvasiya krallıqda sosial gərginliyin artmasına gətirib çıxara bilər.

ABŞ-a gəldikdə isə texnologiyaların inkişafı və müvafiq olaraq qeyri-ənənəvi neftin istehsal dəyərinin azalması proqnozlaşdırılır. ABŞ-ın əsas üstünlüyü güclü maliyyə sistemi və onun neft şirkətlərinə kredit vermək imkanına malik olmasıdır. Bunun sayəsində Amerika şirkətləri uzun müddət ərzində “axın” üzrə qala bilərlər. Əsas sual belədir: Yaxın Şərq, yoxsa Rusiya istehsalçıları? Kim daha tez təslim olacaq?

Banker.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər