Neft Fondu 22 banka 78 mln. dollar satıb

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 150 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

ARDNF-dən verilən məlumata görə, bu vəsaitdən 78 milyon ABŞ dolları məbləğində vəsait 22 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Son xəbərlər
Digər xəbərlər