Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən avqust ayında 9 valyuta hərracı keçirilib.
Fonda istinadən xəbərə görə, hərraclarda satışa ortalama 50 milyon dollar vəsait çıxarılıb. Banklar tərəfindən 444,5 milyon dollar valyuta satın alınıb.
Hərracların əksəriyyətində 25 bank iştirak edib. Tələbin həcmi ilə bağlı məlumat verilməyib.
Müqayisə üçün bildirək ki, iyul ayında 8 hərrac keçirilmişdi. Banklara 500 milyon dollar valyuta satılmışdı. İki hərraca 100 milyon dollar çıxarılmışdı.
İyunda isə “neft valyutası” satışı 450 mln. həcmində idi. Neft Fondu bu məqsədlə 2 mlrd. 436,9 milyon. vəsait ayırıb. 2016-cı ilin 1-ci rübündə ümumi məbləği 1 milyard 253 milyon dollar həcmində, 2-ci rübdə 1 milyard 183,9 milyon dollar həcmində valyuta satılıb.
Neft Fondunun valyuta satışı ölkədə dollara tələbatı qarşılamaq məqsədi daşıyır.
Publika.az